Bu sözləri Səhiyyə Nazirliyinin Epidemioloji Nəzarət Şöbəsinin əməkdaşı Nəzifə Mürsəlova deyib. O qeyd edib ki, anadangəlmə məxmərək sindromu ilə əlaqədar bir çox ölkə hələ də heç bir addım ata bilmir.
“Anadangəlmə məxmərək sindromu sonradan uşaqlarda çox ağır fəsadlar yarada bilər. Eşitmə, danışmaq, görmə qüsurlü uşaqlar, ürək qüsurları ilə doğulan körpələr, həmçinin yeni doğulanlarda qeydə alınan qüsurların bir qismi anadangəlmə sindrom nəticəsində yarana bilər. Bu məqsədlə ötən həftədən ölkədə yeni doğulan uşaqların anadangəlmə məxmərək sindromu yoxlanılır”.
Layihə hazırda pilot şəkildə 4 tibb ocağında-Oftalmologiya Mərkəzində, Pediatriya İnstitutu, Uşaq Klinik Xəstəxanası və Əbülfəz Qarayev adına 2 saylı Uşaq Poliklinikasında icra olunur.
“Yeni doğulmuş uşaqlar ilk olaraq bu xəstəxanalarda qeydə alınır və qüsurları ilk dəfə olaraq burada məlum olur. Müəyyən kriteriyalar üzrə belə qüsurlar olarsa, həmin uşaqlardan mütləq qan nümunələri toplanacaq və müayinədən keçiriləcək. Əgər bu uşaqlarda anadangəlmə məxmərək sindromunun olmasına şübhə yaranarsa, həmin xəstəliyə qarşı imunoqlobinlər aşkar olunarsa, deməli ana hamilə vaxtı məxmərək xəstəliyi keçirib.
Bunun da qarşısını almaq üçün epidemioloji nəzarəti gücləndirməliyik. Epidemioloji nəzarətin bir qüvvəsi də pediatrlardır. Çünki ilk əlamətləri uşaqlar görürlər və bu işdə məsuliyyətli olmalıdırlar”.
İnterpress.az
İnterpress.az
Respublikanın baş pediatrı Nəsib Quliyev isə bildirib ki, hazırda ÜST-nin Avropa Regional Bürosu ilə birlikdə Səhiyyə Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən, qızılca və məxmərəyin üzərində epidemioloji nəzarət gücləndirilib. Onun sözlərinə görə, hətta anadangəlmə məxmərək sindromu ilə bağlı nəzarət var:
“Şübhəli xəstələrdən qan nümunələri götürülür. Referens laboratoriyada bu uşaqda və ya onun anasında məxmərəyə aid əlamət varsa, onlar nəzarətə götürülür və müvafiq tədbirlər görülür”.