Aprelin 22-də baş tutan görüş zamanı A.Baqdasaryana ailəsi ilə maraqlanmaq imkanı verilib.
Qeyd edilib ki, görüş standart prosedurlar çərçivəsində həyata keçirilib.
Xatırladaq ki, A.Baqdasaryan ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə erməni diversant cəzasını xüsusi rejimli həbsxanada çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsinə əsasən irəli sürülən ittihamlardan 5-i milli təhlükəsizilik zəminində, 7-si isə cinayət törətməyə cəhdə görədir.(News.am)
İnterpress.az