Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərib.
Vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb.
\”Terapevtik oftalmologiya\”, \”İridodiaqnostikanın əsasları\” kimi nadir elmi əsərlərin həmmüəllifi, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
İnterpress.az