Antiböhran Koalisiyası dəyirmi masa keçirirbackend

Antiböhran Koalisiyası dəyirmi masa keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk olaraq çıxış edən AXP sədri Pənah Hüseyn bildirib ki, bu gün də ötən əsrdə olduğu kimi Rusiya işğalı təhlükəsi var: “Qarabağda erməni üsyanının, 1920-ci ildəki ikinci üsyünın təşkilatçısı bolşevik rus qüvvələri olub. Əslində həmin kommunist bolşevik rejimi tərəfindən yönləndirilib. O zaman da Rusiya imperiyasına qarşı, bolşevik işğalına qarşı ölkədə müqavimətin nisbətən zəif olması, ölkədə təslimçilik mühitinin yaradılması müşahidə edilirdi. Həmçinin problemin həllinin Rusiyadan asılı olduğu vurğulanırdı. Eynən bu gün də bu və başqa iddialarda bunu eşidirik, amma məzmun qalır, oxşardır. Bu gün də kimlərsə deyir ki, Qarabağın açarı Moskvanın əlindədir. İşğaldan qurtulmaq üçün Rusiya ilə münasibətləri nizama salmalıyıq deyirlər. Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Təşkilatı Müqavilsinə qoşulmaq kimi fikirlər səsləndirilir. Azərbaycanın xarici siyasətini əsaslı bir şəkildə dəyişmək, təhdidləri, çağırışları eşidilir. Ona görə bizim Antiböhran Koalisiyasına daxil olan siyasi partiyalar narahatlığımızı bildiririk. Müstəqilliyimiz üçün təhlükə olan bu təhdid ciddidir. Bugünkü Qarabağ problemi tarixən mövcud olsa da, mənbə etibarı ilə rus işğalına gedib çıxır. Bu gün nicat yolu kimi yenidən Rusiyanın tərbibinə daxil olmalıyıq kimi təhlükəli şüarlar səsləndirilir”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə bildirib ki, bu il başlanan hərbi əməliyyatlardan, yəni 2 apredən sonra vəziyyət əvvəlki vəziyyət deyil: “Ermənistanla bağlı mif darmadağın oldu. Guya ermənilərin istehkamlarının dağılmaz olduğu barədə mif darmadağın oldu. Dünyanın Azərbaycana qarşı olacağı barədə fikirlər də darmadağın oldu. Xalqın əhval-ruhiyyəsi də dəyişib, bu, çox önəmlidir. Biz münaqişənin ədalətli həllinə nail olmaq üçün əlverişli mərhələdə yaşayırıq. Təəssüf ki, Azərbaycan hakimiyyəti yarımçıq, ehtiyatlı addımlarla tərpənir. Halbuki bütün kartlar Azərbaycan hakimiyyətinin əlindədir. Amma yenə təşəbbüs, plan, kimlərdənsə fikir gözləyirlər”.

“Azadlıq” Partiyasının rəhbəri Əhməd Oruc isə qeyd edib ki, ordumuzu birmənalı müdafiə etməliyik: “Dağlıq Qarabağ probleminin həlli ciddi bir hakimiyyətin olmasındadır. Azərbaycanın milli maraqlarına xidmət edən hakimiyyətin olmasını tələb edir. Azərbaycanda bu gün faktiki olaraq beşinci kalon hakimiyyətdədir. Son parlament seçkiləri də göstərdi ki, Rusiyanın təsiri açıqdır, ortadadır. Azərbaycanda ciddi Rusiya təhlükəsi var. Cəmiyyət olaraq daha ciddi şəkildə mövqe ortaya qoymalıyıq”.

VHP sədri Sabir Rüstəmxanlı isə qeyd edib ki, 1920-ci ildə 11-ci ordu tərəfindən Azərbaycan işğal olunub. Bu, həm coğrafi, həm də mənəvi işğal olub: “Qarabağın bugünkü faciələri bu gündən başladı. Qarabağda minlərlə insan güllələndi. Əgər bu gün Azərbaycanda beşinci kalondan danışırıqsa, erməni qohumlardan danışırıqsa, onun kökü də 1920-di ildən, həmin mənəvi işğaldan başlamışdı. Kimsə bizə 5 rayonu, kimsə 7 rayonu qaytaracaq kimi fikirlər səsləndirilir. Bəs hanı Azərbaycanın mövqeyi? Biz müqəvvayıq? Səslənən təkliflər Azərbaycanın milli maraqlarına uyğun deyil”.(musavat)

İnterpress.az