Badam ləpəsi ilə ətli salat
½ ədəd qırmızı baş soğan
¼ dəstə aysberq kələmi
30 qr badam ləpəsi
1 ədəd qırmızı turp
2 x.q. zeytun yağı
1 ədəd təzə xiyar
1 ədəd pomidor
100 qr can əti
½ dəstə kahı
1 ədəd kök
Duz, istiot
Marinad üçün:
0,5 ç.q. xardal
0,5 ç.q. paprika
1 x.q. zeytun yağı
1 x.q. limon suyu
Duz, istiot
Marinadın hazırlanması:
Yağın üzərinə xardal, paprika, limon suyu, duz və istiot əlavə edilib qarışdırılır.
Ət uzunsov doğranıb 1 saat marinadda saxlanır.
Marinad olunmuş ət 1 x.q. zeytun yağında qızardılır.
Salatın hazırlanması:
Badam qaynar suya salınır.
Qabığı təmizlənir, yağsız qovrulub xırdalanır.
Kahı və aysberq kələmi əllə parçalanır.
Soğan və turp halqavarı, pomidor və xiyar xırda doğranır.
Tərəvəzlərin üzərinə xırdalanmış badam, 1 x.q. zeytun yağı, duz, istiot əlavə edilib qarışdırılır.
Salat boşqaba yığılıb, üzərinə qızarmış ət düzülür.
Hazır salatın üstünə sürtgəcdən keçirilimiş kök qoyulub servis edilir. Nuş olsun!