Nəfis şokoladlı tartbackend

Nəfis şokoladlı tart

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şokoladlı tart

Şəkərli xəmir üçün:

375 qr un
250 qr kərə yağı
1 ədəd yumurta
125 qr şəkər tozu
5 qr vanil
2-3 ədəd çiyələk
Şokoladlı qanaş üçün:
400 qr qara şokolad (53%)
250 ml qaymaq (31%)

Şəkərli xəmirin hazırlanması:
Yumurta və şəkər tozu mətbəx süpürgəsi ilə çırpılır. Un ələnir.
Üzərinə sürtgəcdən yağ keçirilir, yumurta şəkər qarışığı, vanil əlavə olunur. Xəmir yoğrulub 20 dəqiqəlik soyuducuya yerləşdirilir.

Şokoladlı qanaşın hazırlanması:
Qaymaq qaynadılır. Odun üzərindən götürülür.
Üzərinə xırdalanmış şokolad əlavə edilir. Mətbəx süpürgəsi ilə qarışdırılır. Xəmir soyuducudan çıxarılır. Formaya yayılıb 170 dərəcəyədək qızdırılmış sobada 12 dəqiqə bişirilir. Soyudulur, üzərinə şokoladlı qanaş yayılıb, çiyələklə bəzədilir. Şokoladlı tart 2 saatlıq soyuducuya qoyulur.

İnterpress.az