Məşhur Lənkəran ləvəngisibackend

Məşhur Lənkəran ləvəngisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd toyuğu ilə ləvəngi

Tərkib:

1 ədəd kənd toyuğu
150 qr qoz ləpəsi
2-3 ədəd qırmızı baş soğan
2 ç.q. nar turşusu
Duz, istiot

Hazırlanması:

Toyuğa duz və istiot səpilib 2-3 saat saxlanır.

İçliyin hazırlanması:

Qoz ət maşınından keçirilir.
Soğan sürtkəcdən keçirilir, suyu sıxılır.
Soğanın üzərinə qoz, nar turşusu, duz və istiot əlavə edilib qarışdırılır.
İçlik toyuğun içərisinə doldurulur.
Üzərinə turşu çəkilib təndirdə və ya 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.

İnterpress.az