Analarımızın hazırladığı cemli  ruletbackend

Analarımızın hazırladığı cemli rulet

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cemli rulet

Tərkib:
100 qr un
5 ədəd yumurta
100 qr şəkər tozu
10 qr vanil

İçlik üçün:

200 гр ərik cemi
Qlazur üçün:
3 x.q kakao
1 st. süd
1 x.q.un.

Hazırlanması:

Yumurtanın ağı sarısından ayrılır. Yumurta sarısının üzərinə az-az şəkər tozu əlavə edilib mikserlə çırpılır. Kütlənin üstünə vanil və un əlavə olunub mikserlə qarışdırılır. Ayrı qabda yumurta ağı mikselə beze şəklinə salınır. Beze unlu qarışığa qatılıb taxta qaşıqla qarışdırılır. Formaya yağlı kağız salınıb üzərinə xəmir yayılır. Xəmir 180 dərəcəyədək qızdırılmış sobada 18-20 dəqiqə bişirilir. Bişmiş xəmir çay dəsmalının üstünə çevrilib rulet şəklində bükülür.

Şokoladlı qlazurun hazırlanması:

Süd, kakao və un mikserlə çırpılır. Südlü qarışıq odun üzərində dayanmadan qarışdırılaraq bişirilir. Rulet açılır, üzərinə cem çəkilib yenidən bükülür. Ruletin üstünə qlazur yayılıb 1 saat saxlanır, dilimlənib servis edilir.

Səidə Mustafayeva

İnterpress.az