Diş əti çirklənməsindən göz xəstəliklərinə, yüksək təzyiqdən qan şəkərinə qədər sağlamlığa bir çox istiqamətdən faydalı olan böyürtkən xərçəngə qarşı da qoruyucu bir təsir göstərir.
Böyürtkən və yarpağının tərkibində olan antioksidan maddəsinə görə immunitet sistemini gücləndirir və beləcə bədəni xərçəngə qarşı qoruyur.
Qaynadılmış böyürtkən kökünün suyu qan şəkərini salır.
Böyürtkən və yarpağı, ağızdakı, dildəki və diş ətlərindəki yaraları təmizləyir.
Yüksək təzyiqin düşməsində yardımçı olur.
Giləmeyvəydən qora suyu hazırlayıb iştahartırıcı kimi yeməkdən qabaq
1 x.q. içmək məsləhətdir.
Hazırlanması:
Təzə dərilən giləmeyvənin şirəsi sıxılır, içinə reyhan yarpaqları qatılıb şüşə qablara doldurularaq 1-2 həftə saxlanır.
Saçların uzanmasında və möhkəmlənməsində də bu dəmləmədən istifadə etmək yerinə düşər.
Böyürtkən həm də üz dərisi üçün çox faydalıdır. Tərkibindəki C vitamini dərini təzələyərək, onu daha da təravətli edir və cavanlaşdırır.
Təravətlindirici maska
2 ç. q. böyürtkənin üzərinə 2 ç.q. qaymaq əlavə edib blenderdən keçirin. Alınmış qarışığı üzünüzə çəkib 20 dəq. saxlayın. Sonra üzünüzü əvvəlcə ilıq su ilə, daha sonra yaşıl çayla yuyun.
İnterpress.az