Laçınsızlığın 24-cü ili-VİDEObackend

Laçınsızlığın 24-cü ili-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 il bir igidin ömrüdür deyərlər. Laçının alındığı ildə anadan olanlar indi ata-ana olublar.
Onlar Laçının işğalından sonra doğulublar. Onlar doğulanda Laçın ermənilərin əlində idi. İndi onların övladları da Laçının erməninin işğalında olduğunu göürürlər.

Amma daha neçə nəslin bu işğalın \”doğum gününü\” ürək yanğısı, qan acısı ilə xatırlayacağını dəqiq bilmirik. Bildiyimiz bir məqam var ki, Laçın çox gözəl idi. İndi isə Laçın ermənilərin əlindədir və bu gözəl yurdumuz, düşmən atlarının ayağının altında inildəyən gözəlimiz yolumuzu gözləyir. Biz ona çata biləcəyikmi…?
Gen yaddaşımız itənə qədərmi çəkəcək bu ayrılıq? Bunu bilmirik. Bildiyimiz daha bir həqiqət var. Bu həqiqət içimizi çox acıdır. Bəli, Laçın bu gün bizə qalib gələn düşmənin işğalındadır. Biz isə məğlubiyyətimizi qəbul edib, səssizcə ermənilərin çəkiləcəyi, Laçını bizə bəxşiş edəcəyi günü gözləyirik. Əgər belə olmasaydı, telekanallarımızın xalqa sırıdığı manıslar, \”ziyalılar\”, \”vətənpərvərlər\” tamaşaçıların beyninə bu ideyanı pərçimləməzdi: \”Torpaqlarımız geri qaytarılsın, gedib orada çalıb oynayıb, havayı konsert verəcəyik\”.
Atılan ox geri dönməz, eləcə də alınan torpağı geri verməzlər. Azərbaycandan qoparılan vətən parçasının hansı hissəsini geri qaytardılar ki? Niyə məğlub nəslin beyninə üstəlik, \”qaytarılacaq\” ideyasını yedirirlər? Niyə ALACAĞIQ! şüarından qaçırlar? Çünki bu şüarda üsyan var. Üsyan ÇAĞIRIŞLARI insanların alt şüurunda etiraz hissini formalaşdırır. Məgər o qaş -göz süzən, nazlı-qəmzəli aparıcı \”kişiyə\” etiraz hissinin doğulması gərəkdirmi? Yoox. Ssusss!…Gen yaddaşı itənə qədər, genimizdəkiləri tam susdurana qədər SUSSSS!…
Bu isə rəssam Maral Rəhmanzadənin \”Laçın, Qurtac kəndi\” tablosudur. Çox gözəl tablodur.

Laçınsızlığın 24-cü ili-VİDEO

Arzu Abdulla

İnterpress.azhttps://youtube.com/watch?v=ltLVA5Yrrtchttps://youtube.com/watch?v=wv7H6x0qIHEhttps://youtube.com/watch?v=uUWMW1iMgLs