Çuval Rəsulzadənin başına keçirilməyib, Milli Məclisin başına…backend

Çuval Rəsulzadənin başına keçirilməyib, Milli Məclisin başına…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu keçmiş millət vəkili Sabir Rüstəmxanlı deyib. O, bildirib ki, həmin vaxt görüb ki, artıq Milli Məclisdə oturmağı çətindir: “Bir ölkənin qanunverici orqanı o ölkənin qurucusuna bu münasibətə məndən əvvəl reaksiya verməli idi. Mən orada dedim ki, bu çuval Rəsulzadənin başına keçirilməyib, Milli Məclisin başına, bu millətin başına keçirilib.

Ondan sonra mənə qarşı münasibət dəyişdi. Başladılar əleyhimə yazılar yazdırmağa. O zaman içimdən qırıldım və gördüm ki, Milli Məclisin başında dayanan adamlar özləri də buna razıdırlar. Axı o dövlət qurulmasaydı, indi sən orada otura bilməzdin. Dövləti isə Rəsulzadə və onun dostları qurublar. Sən ona sayğısızlığa necə dözə bilərsən?

Bu məsələ mənə çox ağır gəldi. İndi sanki o sıxıntıdan qurtuldum. Təbii ki, məsələnin başqa bir tərəfi də var. Hamıya elə gəlir ki, 25 il deputatlığa öyrəşəndən sonra ayrılmaq çətin olacaq. Çünki millət vəkilisən, cibində diplomatik pasportun var. Gedəndə VİP salondan keçirsən, bütün qapılar üzünə açıqdır.

Diplomatik pasportu milət vəkili statusunu itirən kimi alırlar. İndi sadə vətəndaş pasportudur. Bu da ədalətsizlikdir və doğru deyil.

Çuval Rəsulzadənin başına keçirilməyib, Milli Məclisin başına...

O parlamentdə mən elə deputatlar gördüm ki, 5 ildə bir dəfə də ağızlarını açmadılar və mən indi də onların adını bilmirəm.

Çünki bu adam bir dəfə danışmadı, bir dəfə səfərə çıxmadı. Sakitcə gəlib bir küncdə oturur və çıxıb gedir. O Məclisdə 15-20 ildə ağzını bir dəfə açmayan deputatlar varsa, sən onları nə cür tanıyacaqsan?”.(“Yeni Müsavat”)

İnterpress.az