Tədbirdə 3 şəhid ailəsinə medal təqdim olunub.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, QHT nümayəndələri, şəhidlərin ailələri və yaxınları iştirak edib.
Tədbir şəhidlərin xatirəsinə həsr olunmuş \”Lələtəpə fatehləri\” videoçarxı ilə başlayıb.
Şəhid Müşfiq Orucovun atası Arif Orucov şəhid oğlu ilə qürur duyduğunu deyib, oğlunun şücaətinə verdiyi yüksək qiymətə görə dövlətə və Müdafiə Nazirliyinə təşəkkür edib.
Daha sonra şəhidin yaxın qohumu Elmir Muradov bu qiyməti gözlədiklərini qeyd edərək vurğulayıb ki, dövlətimiz həmişə şəhid ailələri və qarabağ əlillərinin yanında olub, dəstəyini əsirgəməyib: \”Müşfiq Orucova və digər şəhidlərə göstərilən qayğı dövlətin daima onların ailələrinin yanında olduğunun bariz nümunəsidir. Allah Şəhidlərimizə rəhmət eləsin!\”
\”Vətən uğrunda\” medalı baş leytenant Mirzə Novruzovun, əsgərlər Müşfiq Orucov və Mərdan Şirəliyevin ailəsinə təqdim olundu. (musavat)
İnterpress.az