Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk 3 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 14,2 min nikah və 3,2 min boşanma halları qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6, boşanmaların sayı isə 1,3 olub. Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycana daimi yaşamaq üçün 717 nəfər gələn və 363 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 354 nəfər təşkil edib.
İnterpress.az