“Hakani” halvası
Tərkib:
150 qr kərə yağı
100 qr fıstıq
250 qr manna yarması
80 qr qoz ləpəsi
250 qr qaymaq
Şərbət üçün:
500 qr süd
250 qr şəkər tozu
Üzəri üçün:
Badam ləpəsi
Hazırlanması:
Fıstıq qazanda kərə yağı əlavə edilərək qovrulur. Qovrulmuş flstlğln üzərinə manna yarması əlavə edilib qəhvəyi rəngə düşənəcən qovrulur. Qovurma prosesində qoz ləpəsi əlavə edilir.
Şərbətin hazırlanması:
Süd şəkər tozu ilə qarışdırılıb odun üzərində qaynadılır. Halva qəhvəyi rəng alandan sonra üzərinə şərbət tökülüb qarışdırılır və zəif odda dəmə qoyulur (ara-sıra) qarışdırılır). Hazır halva bir lay nimçəyə yayılır, üzərinə qaymaq çəkilir, yenidən ikinci lay yayılıb bütpv badam ləpəsi ilə bəzədilir.
İnterpress.az