Kruassanla südlü qəhvə və Fransa xəyalları.backend

Kruassanla südlü qəhvə və Fransa xəyalları.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəsmikli xəmirdən kruassan

Tərkib:

400 qr un
250 qr kəsmik
100 qr şəkər tozu
90 ml bitki yağı
2 ədəd yumurta
10 qr qabartma tozu
10 qr vanil

İçlik üçün:

Cem, şokolad yağı, şor, qatılaşdırılmış süd

Hazırlanması:

Yumurta şəkər tozu ilə çırpılır. Un ələnir, üzərinə yağ, yumurta – şəkər qarışığı, kəsmik, vanil, qabartma tozu əlavə edilib yumşaq xəmir yoğrulur. Xəmir 20 dəq. dinləndirilir. Hazır xəmir 4 hissəyə bölünür. Hər bir hissə yayılıb 8 seqmentə bölünür. Bölünmüş hissələrə zövqə görə içlik qoyulub bükülür, kalka salınmış formaya düzülüb 200 dərəcəyədək qızdırılmış sobada üstü qızaranacan bişirilir.

İnterpress.az