Yorğunluqdan yeyərək və təmiz havada olaraq qurtulun: əsəbləriniz sakitləşəcəkbackend

Yorğunluqdan yeyərək və təmiz havada olaraq qurtulun: əsəbləriniz sakitləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xurma ən yaxşı ara yeməyidir

Xurma kalium qaynağıdır və xüsusilə enerji, xoşbəxtlik verici qidalara başçılıq edir. Ehtiva etdiyi bir çox vitamin və mineral baxımından xurma, həm şirin ehtiyacımızı aradan qaldırır, həm də toxluq hissi verir. Xurmanı diri formada yeyə bilmirsinizsə, bir neçəsini blenderdən keçirib top halına gətirərək yeyə bilərsiniz.


Bitki çayları yağları əridər, sakitlik verər

Bu dövrdə xüsusilə kafein və buna bənzər xəbərdaredici qidalardan uzaq dayanmaq məsləhətdir. Qəhvə və qara çay yerinə daha çox sakitləşdirici bitki çaylarına üstünlük verə bilərsiniz. Xüsusilə jasmin, melisa və çobanyastığı qarışığı çaylar həm yağ yandırmasına təsir edir, həm də bədənə sakitlik və dinclik verir.


Yemək aralarında qoz və ananas yeyin

Hər səhər 1-2 ədəd qoz yeyin. Bu, sizin göz və beyin hüceyrələrinizi qoruyacaq, sinir sisteminizi rahatlandıracaq. Qoz eyni zamanda depressiya vəziyyətlərinin də qarşısını alma xüsusiyyətinə malikdir. Gündə 2 dilim ananasla gün ərzində lazımi enerji toplaya bilərsiniz. C vitamini və lif faizi olduqca yüksək və yağ yandırmasına kömək olan ananası hər gün yeyə bilərsiniz.


Depressiyaya qarşı D vitamini

Bahar aylarında depressiya əlamətlərini azaltmağa kömək olan qidalara xüsusilə D vitamini tərkibi yüksək olanlar başçılıq edir. Süd və süd məhsulları, balıq və yumurta həm enerji verən, həm də bahar aylarında depressiyadan uzaq tutacaq qidalar arasındadır.

Hər səhər qaynadılmış yumurta, ya da qayğanaq yeyin. Həftədə ən az 3 dəfə qızartma, ya da sobada bişirilmiş balıq yeyin. Ara yeməklərində yulaf, meyvə və südlə qarışdırılmış qidalar həm süd qəbuluna, həm də D vitamini almağınıza kömək olacaq.

Depressiyaya qarşı çiyələk və banan

Vitamin və mineral tərkibi yüksək olan çiyələk, aşağı kalorisi və enerji verici təsiriylə qidalanmanızda tez-tez yer ala bilər. Həftədə ən çox 3 gün, gündə ən çox 20 ədəd yeyə bilərsiniz. Çiyələyin yağ yandırmasına da faydası var. Afrodizyak təsiri ilə depressiya vəziyyətini aradan qaldırır və xoşbəxtlik verir. Kalium tərkibi yüksək olan banan serotonin dediyimiz xoşbəxtlik hormonunun ifrazında çox təsirlidir. Banan həmçinin sıxılma və spazmın qarşısını almaq xüsusiyyətinə də malikdir.

Tünd şokoladın xoşbəxtliklə əlaqəsi var

Aparılan araşdırmalar sübut edib ki, balanslı şəkildə yeyilən kakao nisbəti yüksək olan həqiqi tünd qara şokolad yağ yandırılmasına kömək edir, enerji verir və xoşbəxtlik hormonunun ifraz olunmasına şərait yaradır. Diqqət yetirilməsi lazım olan məqamsa şokoladı nizamlı formada və lazımı miqdarda yeməkdir.


Beyin və göz sağlamlığı üçün bunu yeyin

Omega 3 tərkibi yüksək olan somon balığı D vitamini almağa kömək edir. Bununla yanaşı, beyin və gözlər üçün lazımlı olan vitamin və mineralların alınmasına da qatqı təmin edir. Sobada, ya da qızartma olaraq bişirilərək, yanında çiy tərəvəzlərlə yeyilməsi məsləhətdir. Xüsusilə serotonin hormonunun ifrazına da kömək edir.

Yaz-yay yorğunluğuna qarşı 2 qat daha çox su

Yaz-yay aylarında su qəbulunu 2 qat artırmaq bahar yorğunluğuna qarşı olduqca faydalıdır. Su bahar aylarında meydana gələ biləcək allergiya halları və bədənin şişməsinə maneə törədən xüsusiyyətə malikdir. Gündə ən az 3 litr su içsəniz, bahar yorğunluğu, gecə yata bilməmə və səhərlər oyana bilməmə problemlərinə kömək olar.

Günəşli havadan faydalanın

Günəşli gözəl havanın hər anından faydalanmaq lazımdır. Hər gün ən az 30 dəqiqə piyada gəzsəniz, özünüzü daha canlı hiss edəcəksiniz. Hərəkətli və aktiv olmaq bu dövrdə bütün stress və gərginliyin yox olmasına kömək olar. Həftədə ən az 3 gün, nizamlı şəkildə edilən idman həm də çəkinizə nəzarəti təmin edəcək.

İnterpress.az