Qara gözlər qəlbimi yandırar…backend

Qara gözlər qəlbimi yandırar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göz ətrafı sahələr üçün faydalı maskalar

1. 1 ç.q. xiyar şirəsinin üzərinə 1 ç.q. quru süd əlavə edib qarışdırın. Alınan qarışığı göz qapaqlarının üzərinə sürtüb 10 dəq. keçdikdən sonra ehtiyatla nəm tamponla xaric edin

2.
Zeytnun yağını 3 damcı limon şirəsi ilə qarışdırıb göz ətrafına sürtün, barmaq uclarının yastıçaları ilə yüngül hərəkətlə döyəcləyin.

3. 1 yumurta sarısını çırparaq ½ ç.q. balla qarışdırın. Göz ətrafına sürtərək 10 dəq. saxlayın və sonra qalıqları xaric edib, krem çəkin.

4. 20 damcı E vitaminin üzərinə 1 ç.q. çaytikanı yağı əlavə edib qarışdırın. Yatmamışdan 2 saat öncə bu maskanı qalın layla üst və aşağı göz qapaqlarının dərisinə sürtün. 15 dəq. sonra salfetlə silin.

5. Kəsilmiş üzüm giləsinin yüngül hərəkətlə göz qapaqlarına sürtün.


İnterpress.az