Ömrü uzadan jasminli çaybackend

Ömrü uzadan jasminli çay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jasminli çay içməyə 13 səbəb

Jasmin çayı faydalı çaylardan biri hesab olunur.
Araşdırmalar göstərir ki, jasmin çayının tərkibində xərçəng hüceyrələrinin inkişafına mane olan faydalı antioksidantlar var.

Bir çox insanlar bu çayı süd vəzi və prostatın şişlərinin profilaktikası məqsədi ilə istifadə edir.
Katexin maddəsi hesabına xolesterinin səviyyəsini azaldır.

Mütəmadi istifadə edildikdə şəkər xəstəliyi riskini azaltmaq xüsusiyyətinə malikdir.
İnfarkt, insult, arteriyalarda tromblaşmanın rastgəlmə tezliyini azaldır.

Orqanizmdəki bəzi mikroorqanizmlərin inkişafının qarşısını almaqla bir sıra mədə-bağırsaq infeksiyalarının yaranmasını aradan qaldırmiş olur.

Sakitləşdirici və sedativ təsirə malikdir, yuxusuzluğa qarşı istifadə oluna bilər. Məhz bu səbəbdən Yaponiyada artıq neçə illərdir jasmin çayı sakitləşdirici kimi istifadə olunur.
Doğuşdan sonrakı depressiya və menopauza depressiyaları zamanı çox faydalıdır.
Bədəndə artıq piylənmənin qarşısını almaq xüsusiyyəti vardır.
Soyuq havalarda çox içilməyi məsləhətdir, qrip və allergiyanın profilaktikasında istifadə oluna bilər,bədəndə maye balansını stabilləşdirərərk immun sistemi gücləndirir.

Ağızdakı pis qoxunun qarşısını alır.
Mədə xorasının yaranmasına mane olur.

İnterpress.az