Qəhvə ilə gözəlləşinbackend

Qəhvə ilə gözəlləşin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəhvəli üz maskası

2 x.q. qəhvə, 2 x.q. kakao, 3 x.q. süd və 1 x.q. balı bir qaba tökərək qarışdırın. Bu qarışığı üzünüzə çəkib 15 dəq. gözləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyun. Üzü quruladıqdan dərhal sonra nəmləndirici krem çəkin.

Saç uzadan qəhvəli maska:

Qəhvənin tərkibindəki kofein saçların sürətlə uzanmasını təmin edir.

Qəhvə ilə saç dərisini masaj etsəniz, 1 ay ərzində saçların 10-15 sm. uzandığını müşahidə edəcəksiniz.

1 st. dəmlənmiş qəhvənin içərisinə 0,5 st. su əlavə edin. Soyuduqdan sonra qarışığı saç diblərindən uclarına doğru çəkin. Sellofan papaq taxaraq 20 dəq. gözləyin. Daha sonra ilıq su ilə saçlarınızı yuyun.

Bədən üçün skrab:

Qəhvə qan dövranını sürətləndirir və sellüliti yox edir. Sellülitli bölgələrə qəhvə ilə masaj etdikdə portağal qabığı görüntüsündən xilas ola bilərsiniz.
1 st. üyüdülmüş qəhvəyə 0,5 st. şəkər tozu və 0,5 st. kakos yağ əlavə edib qarışdırın. Təmiz dəriyə bu qarışığı çəkib, dairəvi hərəkətlərlə masaj edin.

İnterpress.az