Tərkib:
4-5 ədəd orta boy badımcan
3 ədəd pomidor
1-2 ədəd bibər
250 qr toyuq filesi
keşniş
şüyüd
bitki yağı
mayonez
duz , istiot
Hazırlanması:
Badımcan incə uzunsov doğranıb, bitki yağında hər iki tərəfli qızardılır. Toyuq filesi suda bişirilib didilir. İçlik üçün pomidor, bibər və göyərtilər doğranır, duz, istiot səpilib qarışdırılır. Qızarmış badımcan bir lay qaba düzülür, üzərinə duz, istiot səpilib, mayonez çəkilir. Mayonezin üzərinə içlik tökülüb, təkrar badımcan düzülür. Salat eyni qayda ilə 2 və ya 3 qat hazırlanır. Ən üstə yenə qızardılmış badımcan düzülüb soyuducuya qoyulur.
İnterpress.az