Milli Məclisdə amnistiya layihəsinin müzakirəsi başlanılıbbackend

Milli Məclisdə amnistiya layihəsinin müzakirəsi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amnistiya aktı layihəsinin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva iclasda çıxışı zamanı bildirib ki, bu amnsitiya aktına düşən məhkumlar bundan sonra öz məsuliyyətlərini dərk edəcəklər və eyni zamanda bir daha belə səhvə yol verməyəcəklər: “ Onlar azadlığa çıxandan sonra hər birimizin borcudur ki, onların cəmiyyətə inteqrasiya olunmasına kömək edək. Mərhəmət təkcə çətinliyə düşmüş insana yardım etmək deyil, həm də məsuliyyətli qərar qəbul etməkdir”.

Amnistiya aktı barədə danışan birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, 1995- ci ildən bu günə kimi ölkədə 61 əfv sərəncamı, 10 amnistiya aktı qəbul olunub: “ Bu günə kimi Heydər Əliyev Fondu tərəfindən üç dəfə amnistiya aktı layihəsi ilə təşəbbüsü ilə çıxış edib və bu dördüncü amnistiya aktı layihəsidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu sədri Əli Hüseynli isə bildirib ki, əgər sonuncu amnistiya aktına əsasən 2000 -ə yaxın insan tam azadlığa buraxılırdısa, bu dəfə isə onların sayı 3000-ə çatacaq: “ Bütövlükdə isə bu akt 10 min məhkuma şamil ediləcək”.

Milli Məclisin bu gün keçirilən xüsusi iclasında amnistiya layihəsi ətrafında millət vəkillərinin çıxışlarına başlanılıb. xəbər verir ki, çıxış edən millət vəkili Fərəc Quliyev bildirib ki, bu amnistiya aktı həm də humanizm aktıdır və bu Qarabağ danışıqlarında, münaqişənin diplomatik həll yolunda Azərbaycanın müsbət mənada manevr imkanlarını artıracaq, proresə öz töhfələrini verəcək.

Millət vəkili Zahid Oruc qeyd edib ki, amnistiya aktının müəllifi hörmətli Mehriban Əliyeva artıq ölkə prezidentin siyasətini tamamlayan bir fəaliyyətin iştirakçısına çevrilib: “ Bu, həm də bir xanım tərəfindən edilən təşəbbüsdür. Bu qərarın əhatə dairəsindən hamıya pay düşür. Hamı bağışlamağı bacarmalıdır. Siyasi partiyalar da, biz millət vəkilləri də bağışlamağı bacarmalıyıq”.

Millət vəkili Rafael Cəbrayılov isə amnistiya aktı ətrafında diletant fikirlərin səsləndirilməsinə narazılığını bildirib: “ Bəziləri elə fikir səsləndirir ki, akt hamıya şamil olunmalıdır, amma bu, belə deyil. Bura xüsusi təhlükəli cinayətə yol vermiş məhkumlar salına bilməz”.

Millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Azərbaycanda bu günə 24 min məhkum var: “Bu kifayət qədər Azərbaycan üçün böyük rəqəm idi. Elə Mehriban xanımın da təşəbbüsü yerinə düşdü və olduqca dəyərlidir”.

Musavat.com
Interpress.az