Bu haqda FSB-nin direktoru Aleksandr Bortnikov bildirib.
“2016-cı ilin fevralında qazax həmkarlarımızla ilə birgə cinayətkar qrupun fəaliyyəti dayandırılıb. Qrupun üzvləri Rusiyanın böyük şəhərlərində Paris ssenarisi üzrə terror aktlarını həyata keçirməyi planlaşdırırdılar”, – Bortnikov deyib.
Onun sözlərinə görə, cinayətkar qrupun üzvləri daha sonra Rusiyanı tərk etməyi və ərəb ölkələrindən birinə yollanmağı planlaşdırırdılar.
Bundan başqa, Bortnikov bildirib ki, 2016-cı ilin martında qanunsuz miqrasiya kanalı ləğv edilib. FSB-nin direktoru qeyd edib ki, Əfqanıstan vətəndaşları Qazaxıstan və Rusiya vasitəsilə Finlandiyaya getmək istəyirdilər.(azadinforum.az)
İnterpress.az