Hdisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Binə qəsəbəsində orta məktəbin həyətində Ruziyyə Dəmirova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Ruziyyə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Məlumata görə, Ruziyyə həyat yoldaşından bir neçə ay əvvəl ayrılıb. Onların birgə nikahlarından olan iki azyaşlı uşaqları isə anaları ilə birgə yaşayıb. Mayın 19-da, günorta saatlarında Ruziyyə iki azyaşlı uşağını məktəbdən götürmək üçün ora gəlib. Bu zaman Ruziyyənin keçmiş həyat yoldaşı da məktəbin həyətinə gəlib. Həmin vaxt onların arasında mübahisə yaranıb. Qadın ərinə uşaqları ilə görüşməsini qadağan etdiyini bildirib.
Buna görə də onların arasında mübahisə daha da böyüyüb. Kişi həyat yoldaşını bıçaqla vurub və oradan qaçıb. 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəxs həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
İnterpress.az