İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Aralıq dənizi üzərində qəzaya uğrayan Misir Hava Yollarına (“EgyptAir”) məxsus Airbus A320 təyyarəsində ABŞ Prezidenti Barak Obamanın məsləhətçisi Liza Monakodə olub.
Ağ Evin yaydığı məlumata görə, ABŞ Prezidenti Barak Obama Vaşinqtonda milli təhlükəsizlik və terrorizmlə mübarizə üzrə müşavirinin itkin düşməsi barədə brifinq keçirib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov isə təyyarənin qəzaya uğramasını terakt adlandırıb.
Lakin CNN təyyarənin partladıldığını iddia edib.
Qeyd edək ki, təyyarə qəzaya uğrayan zaman göyərtəsində 66 nəfər olub.