Deputat: “Sərkisyan yalan deyir, bir kənd də itirmişik…”backend

Deputat: “Sərkisyan yalan deyir, bir kənd də itirmişik…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Armenia Today” xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalif “İrs” fraksiyasından olan deputatı Zarui Postancyan parlamentdə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Serj Sərkisyanın erməni tərəfinin aprel döyüşlərində cəmi 800 hektar ərazi itirdiyi haqda bəyanatı hakimiyyətin bundan sonra da geri çəkilməyə hazır olduğunu göstərir. Postancyan deyib ki, həmin 800 hektar ərazinin itirilməsi Dağlıq Qarabağın təhlükəsizliyini laxladıb, üstəlik itkilər arasında bir kənd də var. Lakin deputat hansı kənddən söhbət getdiyini dəqiqləşdirməyib.

Aprelin 2-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, qoşunlarımız düşmənin müdafiə xəttini şimal-şərq və cənub istiqamətlərindən yarıb, Tərtər istiqamətində Seysulan kəndi düşməndən azad olunub. Lakin MN sonrakı bəyanatlarında Seysulan kəndinin kimin nəzarətində olduğuna toxunmadı.

Xatırladaq ki, Azərbaycan MN Sərkisyanın bəyanatına düzəliş verib, aprel döyüşlərində 800 yox, 2000 hektar ərazi qaytarıldığını açıqlayıb. (virtualaz.org)

Deputat: “Sərkisyan yalan deyir, bir kənd də itirmişik...”

İnterpress.az