Gecə saatlarında Quba-Xınalıq yolunda sürüşmə qeydə alınıb.
Tonlarla çəkisi olan daşlar sürüşərək yola tökülüb. Bəzi daş, qaya parçalarının çəkisi 15-20 tona yaxındır.
Sürüşməyə səbəb isə son günlər müşahidə edilən intensiv yağışlar olub. Adıçəkilən yol sürüşməyə meyilli ərazidir və müntəzəm olaraq qaya, daş parçaları axıb gələrək yola tökülür.
“Azəravtoyol” ASC-nin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, yolun 37-ci km hissəsi bağlanıb. Nəticədə 8-9 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
İnterpress.az