İnterpress.az xəbər verir ki, Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb. Kənd sakini Maral Əliyevanın yaşadığı evə girən naməlum şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib. Ev sahibəsinin səs-küy saldığını görən şəxs istədiyinə nail ola bilməyib hadisə yerini tərk edib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
İnterpress.az