Belə ki, Südçülük sovxozunda yerləşən çörək sexinin sürücüsü avtomobili yüksək sürətlə anası ilə birgə hərəkət edən 3 uşağın üstünə sürüb. Nəticədə 4 yaşlı bir uşağın qorxudan dili tutulub.
Bu barədə uşağın valideynləri məlumat veriblər. Onların sözlərinə görə, 4 yaşlı Həsənzadə Həsən Maqsud oğlunun dili hələ də açılmayıb. Bundan başqa, körpənin anasının da vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı polisə də məlumat verilib.
Sürücü isə hadisə yerindən uzaqlaşıb.
Sakinlər isə bildirirlər ki, çörək sexinin sürücüləri vətəndaşları dəfələrlə belə qorxudublar. Bir neçə dəfə analoji hadisə yaşanıb. Amma edilən şikayətlər nəticə veriməyib.
Onlar çörək sexinin yüksək vəzifəli şəxslərdən birinə məxsus olduğunu iddia ediblər. (arqument.az)
İnterpress.az