Maşın vuran 8 yaşlı Əsmər öldü-SÜRÜCÜ İSƏ AZADLIQDADIRbackend

Maşın vuran 8 yaşlı Əsmər öldü-SÜRÜCÜ İSƏ AZADLIQDADIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ə.Haqverdiyevanın atası Nizami Qaraoğlu məlumat verib. Onun sözlərinə görə, mərhum qızı avtomobil qəzası zamanı ağır beyin xəsarəti aldığından həkimlər onun həyatını xilas edə bilməyb: “Qızımın həyatı yarımçıq qaldı.

8 yaşlı Əsmər öldü. Amma onu öldürən şəxs hələ də azadlıqda gəzir. Mən bunu anlaya bilmirəm, bu şəxs insan öldürüb, amma hüquq-mühafizə orqanlarının gözü qarşısında həmin avtomobilində heç nə olmamış kimi gündəlik həyatını yaşayır”.

Qeyd edək ki, 8 yaşlı Əsmər Haqverdiyeva aprelin 19-da avtomobil qəzası keçirib və nəticədə ağır travma alaraq Qazax Rayon Xəstəxanasına yerləşdirilib. Ondan bir neçə gün sonra isə Ə.Haqverdiyeva 1 saylı Klinik Xəstəxananın (Semaşko) reanimasiya şöbəsinə aparılıb.

Baş Dövlət Yol Polisinin Şəmkir- Qazax magistral yolunun istintaq və təhqiqat şöbəsinin müstəntiqi Nemət Cəfərov ölüm faktıyla bağlı ekspertiza rəyinin hazır olduğunu deyib, Lakin ətraflı məlumat vermək istəməyib. (aznews.az)

İnterpress.az