Həbs olunan NİDA-çılar barədə yeni XƏBƏRbackend

Həbs olunan NİDA-çılar barədə yeni XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O qeyd edib ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Murad Quliyevə (Qiyas İbrahimovla bağlı) və həmin idarənin müstəntiqi Həbib Həbibliyə (Bayram Məmmədovla bağlı) gənclərdən aşkar olunduğu iddia edilən narkotik vasitələrin büküldüyü bükümlərin və qablaşdırıldığı polietilen torbaların üzərində olan əl-barmaq izlərinin götürülməsi, onların kimə məxsus olmasının müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatət qaldıraraq xahiş edib.

“Qiyas İbrahimovun gödəkcəsinin sol yan cibindən aşkar edildiyi iddia edilən 2,607 qram hissəsinin büküldüyü sellofan kəsiyi bükümünün, evindən aşkar edildiyi iddia edilən 1 kiloqram 10 qram narkotik vasitənin büküldüyü qırmızı rəngli polietilen bağlamanın üzərindəki əl-barmaq izlərinin götürülməsi və kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilsin.

Ekspertiza qarşısında aşağıdakı suallar qoyulsun:

1. Qiyas İbrahimovun gödəkcəsinin sol yan cibindən aşkar edildiyi iddia edilən 2,607 qram hissəsinin büküldüyü sellofan kəsiyi bükümünün, evindən aşkar edildiyi iddia edilən 1 kiloqram 10 qram narkotik vasitənin büküldüyü qırmızı rəngli polietilen bağlamanın üzərində neçə əl-barmaq izləri vardır?
2. Aşkar edilmiş əl-barmaq izləri neçə nəfərə məxsusdur?
3. Aşkar edilmiş əl-barmaq izləri kimlərə məxsusdur?
4. Əməliyyatda iştirak etmiş polis nəfərlərinin, Bakı şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin, rəisinin, müavinlərinin və bütün işçilərinin əl-barmaq izləri və Qiyas İbrahimovun əl-barmaq izləri götürülərək ekspertizaya təqdim edilsin.

1. B.Məmmədovun cins şalvarının arxa sağ cibindən aşkar edildiyi iddia edilən 2,904 qram narkotik vasitə hissəsinin büküldüyü bükümün, evindən aşkar edildiyi iddia edilən 1150 qram narkotik vasitənin büküldüyü qara rəngli polietilen torbanın üzərində neçə əl-barmaq izləri vardır?
2. Aşkar edilmiş əl-barmaq izləri neçə nəfərə məxsusdur?
3. Aşkar edilmiş əl-barmaq izləri kimlərə məxsusdur?
4. Əməliyyatda iştirak etmiş polis nəfərlərinin, Bakı şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin, müavinlərinin və bütün işçilərinin əl-barmaq izləri və B.Məmmədovun əl-barmaq izləri götürülərək ekspertizaya təqdim edilsin”.

E.Sadıqov deyib ki, bu vəsatətlər təmin olunduğu təqdirdə sübut olunacaq ki, həmin narkotik vasitə hesab edilən heroinə Qiyas İbrahimovun və Bayram Məmmədovun heç bir aidiyyəti yoxdur:

“Həmin heroinlər gənclərin cibinə polis əməkdaşları tərəfindən qoyulub. Gənclərin üzərindən aşkar edildiyi iddia edilən heroinlərin polisə məxsus olması barədə gənclərin ifadəsi öz təsdiqini tapacaq”.

Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.

“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.

NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.(modern.az)

İnterpress.az