İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Latakiya vilayətinin Cabl şəhərində yerli avtovağzal və xəstəxanada kamikadzelərin üzərlərindəki partlaycını işə salması nəticəsində 45 nəfər ölüb.
Daha sonra Tarsus şəhərində yerli yanacaqdoldurma məntəqəsinin partladılması zamanı 20-dən artıq insan ölüb.
Partlayışların baş verdiyi Tarsus şəhərində Rusiya Hərbi Dəniz Qüvvələrinin bazası yerləşir.
İnterpress.az