İnterpress.az-ın Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əməliyyatda İraq Ordusu, Həşdu Şəb, Əşairlər-köçəri tayfalar və İraq Polis Qüvvələri iştirak edir.
Artıq 114 ailə Həşdu Şəb və İraq Ordusu tərəfindən Fəllucə şəhərindən çıxarılaraq təhlükəsiz məkana evakuasiya ediliblər.
Məlumatımıza görə, 20 min tam hazır vəziyyətdə yüngül və ağır silahlarla silahlanmış Polis Qüvvələri də, əməliyyata başlayıblar. Ağır döyüşlər gedir, xeyli sayda düşmən qüvvəsi itki verib, onlarla terrorçu əsir alınıb. Allahın izni ilə, Fəllucənin azad edilməsi xəbəri bu yaxın günlərdə veriləcək.
Qeyd edək ki, Fəllucə terrorçuların strateji şəhərlərindən biridir.
İnterpress.az