O, traktoru işlək vəziyyətdə qoyub texnikadakı nasazlığı aradan qaldırmaq üçün pres bağlayan aparatın üzərində işləməyə başlayıb. Elə bu vaxt texnika hərəkətə başlayıb və onun ayağı aparatın dişlərinin arasında qalıb.
Hər iki ayağından ciddi xəsarət alan T. Mirzəyev dərhal xəstəxanaya aparılıb. Həkimlər onun hər iki ayağının amputasiya olunmasına qərar veriblər və 30 yaşlı kişinin ayaqları kəsilib.
Faktla bağlı Masallı Rayon Polis İdarəsində araşdırma aparılır.(ANS