“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunubbackend

“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, infoturun keçirilməsində əsas məqsəd “Qalalatı” sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və eyni zamanda ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır. Öncə tədbir iştirakçıları “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi ilə tanış olublar.

İnfotur çərçivəsində “Qalalatı” sağlamlıq və istirahət mərkəzinin turizm imkanları və ölkəmizin sağlamlıq turizminə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masada çıxış edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev ölkəmizdə turizmin inkişafı üçün görülən işlərdən danışdı. Bildirdi ki, son illər ərzində turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələr Azərbaycan turizminin təbliğ olunması və ölkəmizdə turizmin inkişafına öz töhvəsini verir: \”Azərbaycanın sağlamlıq turizmi ilə bağlı ənənələri mövcuddur. Bu ənənələri bərpa edərək yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. Başlıca məqsədimiz ölkəmizin bu sahədə potensialını daha geniş şəkildə təbliğ etməkdir\”.

Ölkəmizdə sağlamlıq turizminin mirvarisi sayılan Qalaaltı kurortu Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasının üzvü seçilib: \”Ölkədə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərindən məhz “Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarına və turizm axınına müsbət təsir göstərəcək. Xüsusi ilə qeyd edim ki, sağlamlıq turizminin digər turizm növlərindən fərqləndirən əsas cəhət 365 gün fəaliyyət göstərə bilməsidir. Beləki burada gecələmə müddəti 7-21 gün təşkil edir. Bu da sağlamlıq turizmindən gələn gəlirlərin daimi və yüksək olmasını təmin edir\”.

Ruslan Quliyev ölkəmizdə turizm sənayesinin daha da inkişaf etdirilməsi, rəqabətədavamlı turizm sisteminin qurulması məqsədi ilə turizm haqqında yeni qanunun qəbul olunacağını qeyd etdi.

“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub

“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub

“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub

“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub

“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub

“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub

“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub

“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub

“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub

“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin direktoru Turqay Arı və mərkəzin baş həkimi Vahid Vəliyev kompleksin fəaliyyət istiqaməti və burada aparılan müalicə metodları haqqında geniş məlumat verdilər. Bildirildi ki, “Qalaaltı” kompleksində yerləşən tibbi mərkəzi müasir avadanlıqlarla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə uroloji xidmətlər də göstərilir. Kosmetoloji bölmədə kosmetoloji prosedur otağı, krioterapiya, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları var.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşı Sərxan Rəsulov ölkəmizdə turizmin inkişaf etdirilməsi üçün həyata keçirilən layihələrdən danışdı. Bildirdi ki, son illərdə bu istiqamətdə həyata keçirilən uğurlu tədbirlər nəticəsində ölkəmizin turizm sənayesi özünün yeni inkişaf dövrünü yaşayır.

Məlummat üçün bildirək ki, Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

Gülşanə Mustafayeva

İnterpress.az