Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib. Tolantıda Azərbaycan hökumətinə müraciət qəbul olunub.
\”Aprelin əvvəlində işğalşçı orduya sarsıdıcı zərbə endirməklə strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edən Azərbaycan Ordusu erməniləri və onların vahadarlarını başa saldı ki, Azərbaycan bundan sonra da işğalla barışmayacaq və nəyin bahasına olursa olsun, torpaqlarını işğaldan azad edəcək.
Atəşkəsin pozulmasından sonra sonra Azərbaycan Ordusunun əvvəliki mövqeylərinə qayıtmayacağı təqdirdə atəşkəsin və sülh danışıqlarının mümkünsüzlüyünü bəyan edən Ermənistan atəşi dayandırıb danışıqlar masası arxasına oturmaq zorunda qaldı. BAXCP hesab edir ki, Azərbaycan rəhbərliyi Ermənistanın havadarlarının bütün təzyiqlərinə baxmayaraq güclü iradə etdirməli, iyun ayında nəzərdə tutulan danışıqlar zamanı Ermənistana torpaqları azad etmək üçün dəqiq vaxt verməli və bu baş verməsə torpaların azad olunması üçün qəti addımlar atmalıdır. Azərbaycan bundan sonra daha bir neçə onilliklər torpaqların işğal altında qalması ilə barışmamalı, Ermənistanın Rusiyadan faisiz kreditlə silah aldığı bir vaxtda Neft Fondundan müasir silahların alınması üçün ən azı 2 milyard dollar vəsait ayırmalıdır. Bununla yanaşı Azərbaycanın haqq işini müdafiə edən ölkələrdən üzünmüddətli kreditlə silah və texnika alınmalı Ermənistandan hərbi üstünlük on qat təmin edilməlidir.
BAXCP porblemin sülh yolu ilə həllinin yalnız Rusiyanın ədalətli beynəlxalq hüquqa söykəyən mövqey tutacağı təqdirdə mümkün ola biləcəyini nəzərə alaraq , Azərbaycan hökümətini bu istiqamətdə Rusiya ilə intensiv işləməyə çağırır.” (tezis.az)
İnterpress.az