DİN-in xəbərinə görə, hadisə mayın 22-də saat 18 radələrində Səbail rayonunun Bayıl qəsəbəsində baş verib.
Belə ki, Bakı şəhər sakinləri Fərhad Ocaqnavinin idarə etdiyi “Ford” və Emil Məhərrəmovun idarə etdiyi “Mazda CX-9” markalı avtomobillər toqquşublar.
Nəticədə E.Məhərrəmovun sərnişinlərindən Mikayıl Makraqus xəstəxanaya aparılarkən yolda ölmüş, özü və digər sərnişini, habelə F.Ocaqnavi və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.