DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev jurnalistlərə bildirib ki, Baş İdarə heç bir hotel və mehmanxanaya nəzarət etmir: \”Bu bizim səlahiyyətimizdə olan bir məsələ deyil. Otelçilik fəaliyyəti ilə məşğul olan insanlar birmənalı şəkildə bilməlidirlər ki, otelə gələn insanlardan nikah kağızı tələn olunmur, lakin anket kağızının doldurulması bu məsələnin həllinə son qoymuş olur\”.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi də bu barədə rəsmən bildirib ki, mövcud qanunvericilikdə mehmanxanada qeydiyyatdan keçən zaman nikah haqqında şəhadətnamə tələb olunmur.
Lakin son zamanlar mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən mehmanxanada qeydiyyatdan keçərkən tələb olunan müvafiq sənədlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə şikayətlər daxil olub.