Bunu prezident İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı bildirib.
Ölkə başçısı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən soyqırımdan danışıb. Bildirib ki, bu soyqırımı dünyanın 10 ölkəsi tərəfindən tanınıb.
“Ermənistan tərəfi Azərbaycana 2016-cı ilin aprelində də təcavüzü davam etdirib, mindən çox evə zərər dəyib. Ermənistan ordusu qadağan olunmuş bombalar, silahlardan istifadə edib. Bütün bunlar sənədləşdirilib və beynəlxalq qurumlara çatdırılıb.
Buna cavab olaraq Azərbaycan tərəfi uğurlu əks-hücuma keçib və uğurlu hərbi əməliyyat keçirib. Yalnız bundan sonra Ermənistan tərəfi dinc əhaliyə qarşı hücumları dayandırıb. Bütün bunlara baxmayaraq Ermənistan tərəfi BMT-nin qəbul etdiyi qətnamələrə əməl etmir. Başqa vaxt qətnamələr dərhal icra olunur, amma bu 4 qətnamə kağız üzərində qalıb”
İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Ermənistanda yerləşən “Metsamor” AES region üçün böyük təhlükədir.(7News.az)
İnterpress.az