ADMİU-nin tələbəsinin intihar xəbəri yalandır-ÖZƏLbackend

ADMİU-nin tələbəsinin intihar xəbəri yalandır-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında ADMİU-nun ictimaiyətlə əlaqələr şöbəsinin müdiri Nərmin Qaralova deyib.

“ADMİU-nin 4-cü kurs tələbəsi Qismət Süleymanov intihar etməyib. Sadəcə ayağı burxulub pilləkəndən yıxılıb. Oğlan təcili yardıma da aparılmayıb. Universitet daxilində ilkin tibbi yardım göstərilib. Bu hadisə isə ötən həftənin 4-cü günü olub. Hazırda tələbə dərslərini davam etdirir. O, bu gün günorta da universitetdə olub. Q. Süleymanovun özü ilə əlaqə saxlayıb danışa da bilərsiz\”.

Bunu İnterpress.az-a açıqlamasından ADMİU-nun ictimaiyətlə əlaqələr şöbəsinin müdiri Nərmin Qaralova deyib.

Xatırladaq ki, mediada təhsil müəssisəsinin “Kulturologiya” fakültəsinin 3-cü kurs tələbəsinin özünü 2-ci mərtəbədən atması məlumatı yayılıb. Qeyd edək ki, xəbərin bütün detalları doğru deyil.

Gülşanə Mustafayeva
İnterpress.az