Özünü güllələyən sahibkarla bank arasında məhkəmə çəkişməsi…backend

Özünü güllələyən sahibkarla bank arasında məhkəmə çəkişməsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank Technique”nin Nərimanov filialı ilə özünü güllələyən sahibkarın rəhbərlik etdiyi “İnteryer-S” MMC arasında uzun sürən məhkəmə çəkişməsi olub. Belə ki, firmaya 12 ay müddətinə 60 min manat məbləğndə kredit verilib. Amma S.Hacıyev öhdəliklərə əməl edərək həmin kredit borcu faizlə birlikdə ödəyib.

Sonradan S.Haçıyev iddiaçı qismində məhkəməyə müraciət edərək “Bank Technique” ASC-nin Nərimanov rayon filialı ilə “İnteryer-S” MMC arasında bağlanmış 30 aprel 2010-cu il tarixli 60 min manatlıq kredit müqaviləsinə xitam verilməsini istəyib. Məhkəmə iddianı təmin edib.

Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

* * *16:45

Mərhumun ailə üzvləri azvision.az-a bildiriblər ki, Söhbət Hacıyevin intihar etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. O, silahla ehtiyatsız davrandığından hadisə baş verib: “Söhbət müəllim ovla məşğul olurdu. Boş vaxtlarında dostları ilə birlikdə ov etmək üçün doğma rayonu olan Qusara gedirdi. Ötən şənbə günü də dostlarına zəng edərək ova gələcəyini deyib. Həmin gün o, evdə ov üçün hazırlıq görürmüş. Tüfəngini təmizləyən zaman ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman ailə üzvləri evdə olublar. O, xəstəxanaya aparılsa da. həyatını xilas etmək mümkün olmayıb”.

Qohumlarının bildirdiyinə görə, Söhbət Hacıyevin intihar etməsi üçün ciddi problemi olmayıb.

“Söhrab müəllim intihar etməyib. Onun normal ailəsi, işi var idi. Heç kimə də borcu olmayıb. Problemi olmayan insan niyə intihar etsin ki? Hadisə ehtiyatsızlıqdan baş verib. Onun 3 övladı var. Balaca oğlu 12 yaşındadır. Qızı ailəlidir, nəvəsi var.

O, tikinti şirkətinin rəhbəri olsa da, çox sadə insan idi. Şirkəti öz zəhməti, alın təri ilə qurmuşdu. Heç bir vəzifəli adamla qohumluğu yoxdur. Sadəcə ovu sevirdi. Ona görə də başına belə hadisə gəldi”,-deyə iş adamının qohumları bildiriblər.

* * *15:31

Bakıda intihar hadisəsi qeydə alınıb.
1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 79, mənzil 48 ünvanında ov tüfəngi ilə özünə intihar məqsədi ilə atəş açıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, S.Hacıyev “İnteryer-S” MMC-nin direktoru vəzifəsində çalışıb.
(Virtualaz)

İnterpress.az