Yeni texnologiyaya  “Baku Bus” MMC sürücüləri cəlb edilibbackend

Yeni texnologiyaya “Baku Bus” MMC sürücüləri cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.
\”Yeni texnologiyanın tətbiqinə ilkin şəkildə sürücülәrin peşәkarlığının artırılması vә onların tәkminlәşdirilmәsi mәqsәdi ilә \”Baku Bus\” MMC¬-də fəaliyyət göstərən sürücülər cəlb edilib.
Türkiyә istehsalı olan bu texnologiya vasitәsilә sürücü vә ya sürücülüyә namizәdlәrin idarәetmә bacarıqları qiymәtlәndirilәcәk, habelә onlar tәcrübәli mütәxәssislәrin nәzarәti altında peşәkarlıq sәviyyәsini tәkminlәşdirmәklә idarәetmә bacarıqlarını inkişaf etdirәcәklәr.
Yeni texnologiya hәmçinin, real hәyatda yaradılması mümkün olmayan ekstrimal vәziyyәtlәrdә avtobusun tәhlükәsiz idarә edilmәsi imkanlarını qiymәtlәndirir, sürücülәrin yol hәrәkәti qaydalarına uyğun idarәetmә vә digәr tәhlükәsizlik qaydaları ilә bağlı bacarıqlarını hesablayır. Tәlimin sonunda sürücülәrә şәrti idarәetmә zamanı simulyatorun qeydә aldığı xәtalar göstәrilir vә onlara ümumi peşәkarlıq sәviyyәsini qiymәtlәndirәn cәdvәl tәqdim olunur\”.
Şöbə müdirinin sözlərinə görə, sәrnişindaşımada tәhlükәsiz xidmәti әsas iş meyyarına çevirәn vә sürücülәrin peşәkarlığını daim diqqәt mәrkәzindә saxlayan Bakı Nəqliyyat Agentliyi tərəfindən gәlәcәkdә ictimai nəqliyyatda fəaliyyət göstərən bütün sürücülər yalnız \”Test&Training Azerbaijan\” -da xüsusi yoxlamalardan keçdikdən sonra sərnişindaşıma sahəsində xidmət göstərə biləcəklər!

Gülşanə Mustafayeva
İnterpress.az