Füzuli rayon icra başçısı A.Alıyevin ailə çetesi təkcə bölgədə deyil, getdikcə ölkənin daha geniş ərazilərini fəth etməkdədir.
İcra başçısının rayonun səhiyyə, təhsil, mədəniyyət və uşaq bağçalarında minlərlə müftə maaş alan yaxın və uzaq qohumları var ki, onların adına yazılan bu pulların hamısı başçı tərəfindən tam olaraq mənimsənilir. Dövlət müəsisəsində adı gedən, faktik olaraq isə özləri işə çıxmayan bu şəxslərə büdcədən ayrılan maaş isə icra başçısının sürücüsünə, sürülərini otaran çobanlara, həmçinin çoxsahəli təsərrüfatını idarə edən insanlara əmək haqqı verilməsinə serf edilir.
Bu vaxta qədər mediada yer alan, həmçinin sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında Alı Alıyevin kənar vəsaitləri, daha doğrusu büdcədən mənimsənilən pullarla bağlı müəyyən araşdırmalar apardıq. Nəticələr isə ilgincdir.
Rayon səhiyyə şöbəsində muhasib işləyən Alı Alıyevin baldızının yeznəsi olan Rəşid Camalovu və onun həyat yoldaşı Horadiz şəhər 3 saylı orta məktəbin müəlliməsi olan Şəlal Qəmbərovan faktik olaraq öz iş yerlərində olmur. Onları nə səhiyyə şöbəsində görən var, nə də məktəbdə. Ancaq hər ay büdcə pulları hesabına bu şəxslərə maaş ayrılır.
Bundan başqa hər ay Füzüli Rayon Təhsil şöbəsi bütün məktəblərdən müəyyən məbləğdə pul yığır. Lakin bu aydan təhsil şöbəsinin müdiri xanım Məmmədova və kadrlar üzrə inspektor Şadya Qəhrəmanova bir-bir direktorları qbul edərək bildiriblər ki, bu aydan icra hakiminin tapşırığı ilə məktəblərdən yığılan pullar aylıq deyil məzuniyyət pulu ilə birlikdə, cəm şəklində veriləcək. Direktorlara tapşırılmışdır ki, bu haqda kənara bir kəlmə söz sızdırılsa, başçı dərhal məlumat ötürən şəxsi və yaxınlarını işdən azad edəcək.
Bütün bunlarla yanaşı məlum olub ki təhsil şöbəsinin müdirinin canfəşanlığına səbəb vəzifəyə gələrkən verdiyi pulu böyük faizlə banklardan götürməsidir. Belə ki, bir müddət keçmesinə baxmayaraq regional idarəçilik sisteminin yaradılması ilə əlaqədar bir manat belə əldə edə bilməyən xanım Məmmədovanın kredit faizləri artıb və ödənilməyəcək səviyyəyə çatmışdır. Belə olan halda müdirə xanımın Bakıda yaşayan həyat yoldaşı Alı Alıyevin yanına gələrək bildirib ki, yaşadıqları evi girov qoyub, külli miqdarda yüksək faizlə kredit götürüb. İndi faizi ödəyə bilmədikləri üçün evləri əllərindən alınır.Bunun üçün də başçıdan pulu qaytarmağı tələb edib.
Başçı isə bu işin adi bir iş olmadığını bildirib. Belə olduqda müdirənin əri başçını əslən Kəlbəcərdən olan gəlininin qohumu Cavid Qurbanovla hədələyib. Bu məsələni həll etmək üçün başçı 3 ay vaxt istəyib. Buna görə də direktorlardan hər ay başçı üçün toplanan pulu 3 aydan sonra yəni müəllimlərə məzuniyyət verəndə topa götürüb xanım müdirəyə verərək kömək edəcək. (politika.az)
İnterpress.az