Bu barədə rayon fövqəladə hallar komissiyasının sədri Zülfü Qasımov danışıb. O, deyib ki, dolu düşən ərazilərdə taxıl zəmilərinə, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan dəyib.
Rayon fövqəladə hallar komissiyasında təsərrüfatlara dəyən ziyan müəyyənləşdirilir.
Mayın 23-ü gündüz saatlarında Şəmkir və Daşkəsən rayonlarında isə güclü qasırğa baş verdiyi bildirilirdi. Qasırğanın bir sıra tikililərin dam örtüyünü uçurduğu, Bakı-Qazax magistral yolunun kənarındakı irigövdəli ağacları aşırdığı qeyd edilirdi.
Nəticədə Daşkəsən rayon mərkəzinin yarısında işıqların söndüyü deyilirdi. (azertac)
İnterpress.az