\”Cənab Prezident Sizə bu məktubu ünvanlamaqda məqsədimiz odur ki, bizim mülkiyyət hüquqlarımız Tovuz rayon notarius müdiri Pənah Rzayev tərəfindən pozulmuşdur. Tovuz rayon notarius müdiri Pənah Rzayev bizim mülkiyyətə dair sənədlərimizi təkzib edən 0.06 ha torpaqla bğlı saxta təhkim aktı tərtib edərək təsdiqləmişdir (notarius qeydiyyatı : 15.04.2009. 152-1441).
Bu təhkim aktında 6 nəfərin imzasının düzgünlüyü imza sahibləri notariusda iştirak etmədən notarius müdiri tərəfindən təsdiqlənmişdir. Hətta imza sahibilərindən biri olan Zeynalov Asif Nadir oğlu Rusiya vətəndaşıdır, orada yaşayır və 1995-ci ildən bu günə qədər Azərbaycana gəlməmişdir. Bu haqda Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis şöbəsinin məktubunda qeyd edilmişdir( əlavədə göstərilmişdir).
15 aprel 2009-cu il tarixində Rusiyada olan bir şəxsin imzasının düzgünlüyü notarius tərəfindən təsdiqlənmişdir. Qeyd edim ki, həmin təhkim aktı heç bir digər səlahiyyətli orqan tərəfindən təsdiqlənməmişdir və heç bir yerdə qeydiyyatda deyil. Pənah Rzayevin saxtakarlıq edərək möhürlədiyi və bununla da hüquqi qüvvəyə minmiş olan bu təhkim aktı bizim mülkiyyətə dair sənədlərimizi təkzib edir yəni bizim torpaq şəhadətnaməsi, kupçası olan mülkümüzün 1996-cı ildə başqa şəxsə təhkim edildiyini göstərir
Pənah Rzayevin əlbir olduğu şəxslər bizi rahat yaşamağa qoymurlar və 10 000 AZN tələb edirlər ki, bu münaqişə bitsin. Biz kasıb və xəstə insanlarıq heç bir yerdə işləmirik gündəlik çörək pulunu zorla qazanırıq. Çox Xahış edirik Pənah Rzayevin bu saxtakarlığına, bizə təzyiqlərinə son verilsin bu ölkədə rahat yaşaya bilək. Çox Xahış edirik Rusiyada oln bir şəxsin imzasının düzgünlüyünün Pənah Rzayev tərəfindən təsdiqlənməsıi müvafiq orqanlar araşdırılsın. Biz hüquqi bir dövlətdə yaşadığımıza əminik. Cənab Prezident bizim səsimizi duyacağınıza çox inanırıq\”.
Tovuz rayon sakinləri:
Qasımov Mahir Mövsüm oğlu
Qasımova Mərhəmət Atakişi qızı
Bayramov Hikmət Firuddin oğlu