Ağır xəsarətlər alan Mingəçevir şəhər sakini, 38 yaşlı Mustafa Sofiyev bir müddət əvvəl həbsxanadan çıxıbmış. O, dünən səhər Mingəçevirdə yaşayan dayısı Cavid İbrahimovla birgə Ağdaşın Kükəl kəndində baxımsız qalan baba mülkünə gəlib. Baba evində yaşayış olmadığından arabir bura gələn dayı-bacıoğlu ot biçib, meyvə yığdıqdan sonra süfrəyə əyləşib.
Bir qədər spirtli içki qəbul etdikdən sonra isə onlar arasında münaqişə yaranıb və bacıoğlu dayısını söyüb. Əsəblərini cilovlaya bilməyən C.İbrahimov onu söyən bacısı oğlu Mustafa Sofiyevin başına, sifətinə və qollarına balta ilə zərbələr endirib. Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən M.Sofiyevin vəziyyəti ağırdır. Onun bədənində çoxsaylı sınıqlar və küt travmalar var. Qeyd edək ki, hadisəni törədən C.İbrahimov bir neçə ay əvvəl həyat yoldaşından boşanıb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(lent.az)
İnterpress.az