Təhsil müəssisələrinin, dayanacaqların, kafe və restoranların bir sözlə qanunsuz olan ərazilərin qarşısında minik maşınlarının dayanmasının, hətta 3-4 -cü sıra ilə avtomobillərin park edildiyinin çoxlarımız şahidi olmuşuq.
Bu ərazidə “parkovşik” lər avtomobillərin giriş – çıxışına kömək etdikləri üçün və ya avtomobili gözlədiyinə görə, sürücüdən 1-2 manat civarında ödəniş tələb etdiyinin də hər kəs şahidi olub. Bu aydın məsələdir. Aydın olmayan məqam budur ki, əraziyə yeni daxil olan şəxs maşınını bir neçə dəqiqəlik söhbət gedən ərazidə park edib, “parkovşik” ə ödəniş etmirsə həmin an haradansa evakuator xidməti peyda olur. Avtomobili cərimə meydançasına aparırlar. Bir sözlə “işverənliklə” məşğul olurlar. Həm öz ciblərinə həmdə polislərin cibinə işləyirlər.
Mövzunu İnterpress.az-a şərh edən nəqliyyat eskperti, hüquqşünas Ərşad Hüseynov deyir ki, bu halların baş verməsi polisin qüsurudur: \”Birinci növbədə polis bu şəxsləri görəndə onun hansı səlahiyyətlə burada çalışdığını, pul yığmağını soruşmalı, haqqında lazımi tədbiri görməlidir. Daha onunla əlbir olub şəxs sürücüləri soymamalıdır. Polis bilir ki, “parkovşik”lər qanunsuz çalışır, “parkovşik”lər də qanunsuz işlədiklərini bilirlər. Amma qanun hər kəs üçün eynidir və eyni də əməl olunmalıdır. Həmin şəxlərlə konkret mübarizə aparmaq olmur. Onlar özlərinin və polisin mənafelərin müdafiə edirlər. Belə halların qarşısını almaq üçün paytaxta bahalı ödənişli dayanacaqlar gətirildi. Bu da o deməkdir ki, sürücülərdən pul yığılması hallarının qarşısı alınmalı idi. Çox təəssüf ki, bu şəxslər hələ də fəaliyyət göstərirlər. Sadəcə Dövlət Yol Polisi, Vergi müfəttişləri bu haları görəndə onları cəzalandırmlı, məsuliyyətə cəlb etməlidir. Daha onlarla əlbir olub işləməməlidir”.
Hər tərəfdə ödənişli dayanacaq terminallarının quraşdırlması “parkovşik” lərin fəaliyyətini tamami ilə dayandıra bilərmi sualını şərh edən Ə.Hüseynov əlavə etdi ki, dünyanın heç bir yerində, Bakıdan da böyük şəhərlərdə də bütün küçələrdə ödənişli dayanacaqlar quraşdırılmır:
\”Bu qayda əsasən hərəkətin gərgin olduğu küçələr üçün nəzrdə tutulub. Bütün yolları satın almaq olmaz. Ödənişli dayanacqlarla yanaşı ödənişsiz dayanacaqlarda var. Sadəcə bu şəxslər harada gəldi dayanıb sürücülərdən pul yığmamalı adiyatı qrumlar da bu hallara göz yummamalıdır\”.
Gülşanə Mustafayeva
İnterpress.az