Azərbaycanı sevməyən AKP-li baş nazirin müavini oldubackend

Azərbaycanı sevməyən AKP-li baş nazirin müavini oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin baş naziri Binali Yıldırım yeni hökumətdə təmsil olunan şəxslərin adını açıqlayıb.

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yeni kabinetdə AKP liderlərindən biri Nurettin Canıklı da təmsil olunur. Ona baş nazirin müavini vəzifəsini veriblər.

Nurettin Canıklı Türkiyə Parlamentinə Giresun şəhərindən millət vəklili seçilib. Bu adamın adı artıq Azərbaycan oxuscusuna yaxşı bəllidir.
O, Giresun Universitetinin sabiq rektoru, azərbaycanlı xanım, professor Aygün Attarı rektorluq vəzifəsindən uzaqlaşdırmaqda göstərdiyi çabaları ilə gündəmə gəldi.

Azərbaycanı sevməyən AKP-li baş nazirin müavini oldu

Universitetdə keçirilən səsvermə zamanı səs çoxluğu ilə qalib gələn Aygün Attar Nurettin Caniklinin yaxın dostu Cevdet Coşkunla əvəzləndi.
AKP-li deputat bundan sonra tutduğu mövqeydə də eyni üsulla çalışacağı gün kimi aydındır. O zaman Türkiyə xalqının nələr itirəcəyi bütün acısı ilə duymamaq mümkün deyil.

Azərbaycanı sevməyən AKP-li baş nazirin müavini oldu

Onu da qeyd edək ki, Nurettin Canikli Türkiyədə də sevilən şəxs deyil. O, hələ iki il öncə bələdiyyə seçkilərində çıxış edərkən belində gəzdirdiyi tapançasının görünməsi ilə gündəmə gəlmişdi.

AKP-nin Giresun Universitetinə seçdiyi yeni rektoru Cevdet Coşkun

Azərbaycanı sevməyən AKP-li baş nazirin müavini oldu

İnterpress.az