Lakin nəticəsi olmayıb. Bundan sonra o, 2012-ci ildə ölkə Prezidentinə müraciət etməli olub.
Lakin bir neçə iribuynuzlu heyvanları, onlarla arı yeşikləri, onlarla ev quşları (toyuqları) və hektarlarla əkin sahələri olan \”Zərqava” ittifaqının sədri və təsisçisi Abdullayev Mübariz Abdal oğlu üçün 2014-2015-ci illər dövrü üçün hər ay 150,09 manat məbləğində ünvanlı sosial yardım təyin edilib.
Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin ünvanlı sosial yardımla bağlı elektron məlumatlarında yardıma ehtiyacı olmayan, lakin qanunsuz yardım alan şəxslərin yaşayış ünvanları qeyd edilmir. Bununla da qanunsuz ünvanlı sosial yardım alan şəxslər barədə məlumatların gizliliyi təmin edilir.
İnterpress.az