Fərəc Kərimlinin həbs müddəti azaldıldıbackend

Fərəc Kərimlinin həbs müddəti azaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə, Fərəc Kərimlinin ittiham olunduğu maddənin töfsifində dəyişiklik edilib.

Fərəc Kərimli Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə külli miqdarda narkotik maddələrin satışında ittiham olunmuşdu. Bu gün Ali Məhkəmə onun “əməlini” CM-nin 234.1 maddəsi ilə töfsif edərək (şəxsi istehlak miqdarından artıq narkotik maddələrin saxlanması), sanksiyanın ən yuxarı həddində cəza təyin edib. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Bu gün Ali Məhkəmədə həmçinin keçmiş vicdan məhbusu Sirac Kərimlinin şikayətinə baxılıb və onun barəsində çıxarılan hökm qüvvədə saxlanılıb. Qeyd edək ki Sirac Kərimli martın 18-də ölkə başçısının əfv fərmanına əsasən həbsdən azad edilib.

Məhkəmə proseslərində Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər və Fərəc Kərimlinin ailə üzvləri iştirak ediblər. Fərəc Kərimlinin barəsində çıxarılan qərarı şərh edən Müsavat başqanı Arif Hacılı bildirib ki, məhkəmə bəraət hökmü çıxarmalı idi: “Fərəc Kərimli siyasi motivlə qanunsuz olaraq həbs edilib. Məhkəmə onun cəza müddətinin azaldılması barədə yox, bəraət alması və həbsdən dərhal azad edilməsi barədə qərar çıxarmalı idi”. (bastainfo.com)

İnterpress.az