Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıbbackend

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayının II ongünlüyü üçün növbəti monitorinqlərinin nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, may ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 74 m3/san azalaraq 336 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.3, Ağstafaçayda 3.1, Ağstafaçay su anbarında isə 2.8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

May ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.6, I Şahsevəndə 2.8, Bəhramtəpədə isə 2.5 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.97-6.62 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Gülşanə Mustafayeva
nterpress.az